Mərkəzi Bankda pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində növbəti seminar keçirilmişdir

14:19 - 24.01.2018


Azərbaycan Respublikasının Mərkəzi Bankı pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində bank sektoru üçün nəzərdə tutulmuş Təlim Proqramının reallaşdırılmasına başlamışdır.

Seminarda milli valyuta pul nişanlarının dizaynı və mühafizə fəlsəfəsi, pul nişanlarının tədavülə yararlığının müəyyənləşdirilməsi və dəyişdirilməsi, pulların ekspertizası, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi tədbirlər və digər mövzularda təqdimatlar və praktiki məşğələlər keçirilmişdir.

Seminar zamanı iştirakçılar Mərkəzi Bankda mövcud olan və yüksək texnoloji sistemlərlə təchiz edilmiş ekspertiza laboratoriyası və emal prosesləri ilə tanış olmuşlar.

Seminarın sonunda bildirilmişdir ki, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bankların əməkdaşlarının milli pul nişanlarının mühafizə sistemi və ekspertizası üzrə ixtisaslaşma səviyyəsinin artırılması, eləcə də kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və s. istiqamətlərdə Mərkəzi Bank tərəfindən banklara göstərilən metodoloji  yardımlar davam etdiriləcəkdir.

 

Bütün xəbərlər