Gürcüstanda benzinin qiyməti 39 qəpik bahalaşıb

15:52 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Gürcüstanda yanacağın qiymətində bahalaşma müşahidə olunub.

ABC.AZ Gürcü mediasına istinadən xəbər verir ki, adi yanacaq doldurma məntəqələrində (YDM) yanacaq orta hesabla Azərbaycan pulu ilə 17 qəpik, brend YDM-lərdə isə 39 qəpik bahalaşıb.

Gürcüstandakı qiymət artımının səbəbi də bəlli olub. Belə ki, buna səbən kimi dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması göstərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər