Yanvarın 25-də gözlənilən hava proqnozu açıqlanıb

14:53 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 25-də, cümə axşamı günü Azərbaycanın ərazisində gözlənilən hava haqqında məlumatı təqdim edib.

Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz  arabir  güclənəcək.

Havanın temperaturu Bakıda və  Abşeronda gecə 1-3, gündüz 5-7 dərəcə arasında olacaq.

Atmosfer təzyiqi normadan yüksək, 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Ölkənin rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə saatlarında 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı xəbər verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir:

Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

 

 

Bütün xəbərlər