Qiymətli metal filizlərinin istehsalı artıb – Hesabat

16:34 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Ötən ay ərzində mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalının həcmi bəlli olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə bəhs olunan məhsul növıərinin istehsalı 657,1 kiloqram təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu göstərici əvvəlki ayla müqayisədə 63,4 kiloqram artıb. İyulun 1-nə olan vəziyyətə əsasən, 676,1 kiloqram hazır məhsul ehtiyatı var.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər