Smartfonları daha tez dolduran cihaz yaradılıb - Telefonun şarjını 15 dəqiqəyə doldurur

17:06 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Yeni texnologiya əsasında bundan sonra telefonların şarjı daha tez dolacaq.

ABC.AZ-ın məlumatına görə, bu yeniliyi məşhur “Qualcomm” şirkəti həyata keçirməyə başlayıb.

Belə ki, şirkətin təqdim etdiyi “Quick Charge 5” sürətli doldurma texnologiyası vasitəsilə smartfon cihazı 5 dəqiqə ərzində 50 faiz həcmində doldurulur. Tam doldurma isə 15 dəqiqə ərzində həyata keçir. Bu isə vaxt itkisinə qənaət deməkdir.

Yeni texnologiyanı dəstəkləyən smartfonların bu ilin üçüncü rübündən satışa çıxarılacağı gözlənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər