Azərbaycanda yeni zavod tikiləcək – 20 milyon manatlıq layihə

17:13 - 28.07.2020


28 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də yeni rezident - “Glassica” QSC qeydiyyata alınıb və bununla da rezidentlərin sayı 22-yə çatıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, “Glassica” Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə  müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa edəcək. Layihənin investisiya dəyəri 20 milyon manatdan çoxdur.

Müəssisədə 70-ə qədər daimi iş yeri yaradılacaq.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək

 

Bütün xəbərlər