14 şəhər və rayonda imtahan olacaq – Bu gün

10:38 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən ABC.AZ-a verilən məlumata görə, imtahanlar 14 şəhər və rayonunda təşkil olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da start götürür, başlamasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

 

Bütün xəbərlər