330x110
 

Azərbaycan qazını Avropaya çatdıracaq kəmər hazırdır – İşlər tamamlanıb

29.07.2020,11:40


29 iyul, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorundan hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə TAP konsorsiumunun açıqlamasında qeyd olunub. Məlumatda bildirilib ki, bununla da Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə İtaliyadakı qəbul terminalı arasındakı 878 kilometrlik hissə birləşdirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33%-i, Yunanıstanın 20%-i, İtaliyanın isə 10,5%-ə qədəri ödəniləcək.