330x110
 

AYİB Azərbaycana buna görə investisiyaları azaldıb – Səbəb

29.07.2020,12:10


29 iyul, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən il Azərbaycana ayrılan investisiyaların kəskin azalmasının tələbin az olması ilə bağlı olduğunu açıqlayıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bankdan verilən məlumata görə, AYİB-in əsas investisiya istiqaməti olan Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələr 2019-cu ildə güclü çətinliklərlə üzləşməyiblər və nəticədə, bankın ölkəyə investisiya qoyuluşu illik müqayisədə 17,9 dəfə azalaraq ötən il 17 mln. avro təşkil edib.

“Buna baxmayaraq, bank 2019-cu ildə yerli valyutada bir neçə KOB-lara maliyyə dəstəyi göstərdi və eyni zamanda MKOB kredit xətti ilə bank sektoru ilə yenidən əməkdaşlığa başladı. Banklar vasitəsi ilə kənd təsərrüfatının kreditləşməsinə və fermerlərin maliyyələşməsinin dəstəyinə fokuslandıq.”, deyə bankdan bildirilib.