Nazirlikdə yeni təyinat - Təhsil naziri özünə müşavir götürdü

14:38 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Yeni təyin olunmuş Təhsil naziri Emin Əmrullayev özünə müşavir götürüb.

ABC.AZ xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən, Elnur Nəsibov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, yeni müşavir indiyənə qədər Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

 

Bütün xəbərlər