Bu Fondda sığortalananlara 50 faiz yardım olacaq – Detallar

14:41 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Aqrar Sığorta Fondu ilə sığortalanan zaman dövlət aqrar sığorta haqlarına 50% yardım edəcək.

Azərbaycanda aqrar sığorta xidmətləri indiyədək özəl sığorta şirkətləri tərəfindən həyata keçirilirdi. Özəl şirkətlər kommersiya prinsipi ilə işlədiyinə görə, bəzi hallarda zərərli hesab etdikləri bizneslərin sığortalanmasından ümumiyyətdə imtina edirdilər.

ABC.AZ xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov müsahibəsində qeyd edib. O bildirib ki, Aqrar Sığorta Fondu isə qeyri-kommersiya prinsipi ilə işlədiyinə görə, əsas məqsəd pul qazanmaq deyil, fermerlərin itkilərini qarşılamaqdır: "Digər mühüm məqam ondan ibarətdir ki, Aqrar Sığorta Fondu ilə sığortalanan zaman dövlət aqrar sığorta haqlarına 50% yardım edəcək. Yəni fermer sığorta haqqının yarısını ödəməyəcək, həmin hissəni dövlət ödəyəcək. Məsələn, sığorta haqqı 100 manatdırsa, onun 50 manatını dövlət ödəyəcək, qalan 50 manatını isə fermer hissə-hissə sığorta ili ərzində ödəyəcək. Yəni hətta sığorta haqqının yarı hissəsini ödəmək belə, fermerlər üçün əlavə yük olmayacaq".

 

Bütün xəbərlər