Turizm agentləri üçün aviabilet satışına başlanılır - Gələn aydan

14:42 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) AZAL-ın turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.

ABC.AZ xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.

Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin  hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.

 

Bütün xəbərlər