“AMEA Yüksək Texnologiyalar Parkı”-nın Müşahidə Şurasına yeni katib təyin edilib – Əmr

14:48 - 29.07.2020


29 iyul, Fineko/abc.az. AMEA Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

AMEA-dan ABC.AZ-a bildirilib ki, qərara əsasən, qurum prezidenti Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzvü Əminağa Sadıqovu Müşahidə Şurasının katibi təyin edib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.

 

Bütün xəbərlər