Bu heyvan və bitkilər sığortalanacaq – Siyahı

15:08 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Bitkiçilik sahəsində buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığorta olunur.

ABC.AZ-ın məlumatına görə, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov müsahibəsində deyib.

O qeyd edib ki, göründüyü kimi aqrar sığorta ilkin mərhələdə bütün əsas bitkiləri əhatə edir: "Bu bitkilər ölkədəki ümumi əkin sahəsinin 84%-ni təşkil edir. Heyvandarlıq sahəsində isə məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar aqrar sığortanın əhatə dairəsinə daxildir. Eləcə də, akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək. Qeyd edim ki, aqrar sığorta inkişaf etdikcə, növbəti mərhələlərdə həm sığorta predmetlərinin, həm də sığorta risklərinin siyahısı genişləndiriləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər