330x110
 

Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb - 50 faizə yaxın

29.07.2020,16:12


29 iyul, Fineko/abc.az. Bu ilin iyul ayının 1-nə Azərbaycanın sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi 1 171,8 mln. manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 387,9 mln. manat və ya 49,5% artım deməkdir.

Azərbaycan sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 12,5 mln. manat və ya 1,1% artıb. Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 8,1% təşkil edib. Bu da aylıq müqayisədə 0,2 faiz bənd, illik müqayisədə isə 2,3 faiz bəndi artımdır.

Müəllif: Elmir Murad