Fermerlərin zərəri qarşılanacaq – Detallar

16:20 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Aqrar sığorta fermerlərin zərərlərini müxtəlif formada qarşılayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov müsahibəsində deyib.

"Məsələn, hər hansı fermer öz sahəsində əkin işi aparır. Amma erkən inkişaf dövründə, yəni məhsul hələ yetişmədən, burada təbii fəlakət, məsələn, subasma baş verir və ya dolu düşür, əkin məhv olur" deyə F.Sadıqov bildirib. Onun sözlərinə görə, nəticədə fermer gözlədiyi gəlirindən məhrum olur: "Əgər bu fermerin aqrar sığorta müqaviləsi varsa və əkin mövsümü hələ bitməyibsə, fond tərəfindən onun əkin xərcləri qarşılanacaq ki, o öz məhsulunu yenidən əksin və zərərə düşmədən işinə davam etsin". Müəllif: Elmir Murad

 

Bütün xəbərlər