Bakıda qaydaları ən çox pozan mağazalar – Siyahı

16:43 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirib.

ABC.AZ xəbər verir ki, sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları Bakı şəhəri üzrə “Yaxın”, “Anar”, “Bolluq”, “Əli” marketlər, Allahverdiyev Mürşid Allahverdi oğluna, Abdullayev Bəkir Əli oğluna, Mahmudov Toğrul Dağlar oğluna, Şirinova Nailə Mehman qızına, Həşimov Vüsal Qılman oğluna, Musayev Nurlan Əbülfəz oğluna məxsus obyektlərdir.

 

Bütün xəbərlər