Aqrar sığorta belə əldə olunacaq – İzahat

16:58 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Fermerlər və təsərrüfat sahibləri  yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərdə Aqrar Sığorta Fondunun üzvü olan sığorta şirkətlərinə müraciət edərək aqrar sığortanı əldə edə biləcəklər.

ABC.AZ-ın məlumatına görə, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 8 sığorta şirkəti ilə razılıq əldə edilib: "Bunlar sığorta bazarının əsas iştirakçıları olan şirkətlərdir. onların rayonlarda və bölgələrdə filial şəbəkələri var. Onlara yaxınlaşıb müraciət etməklə aqrar sığorta əldə etmək mümkün olacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər