Bu tarixlərdə elektrik qatarları işləməyəcək – Bayrama görə

17:25 - 29.07.2020


29 iyul, Fineko/abc.az. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1-2 avqust tarixlərində hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a bildirilib ki, qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları və saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək.

Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər