Bir gün əvvəl yüksəlişdən sonra neft zəifləyir, Brent bir barelə $43,68 təşkil edir

09:55 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Neft qiymətləri bu ilin əvvəlindən ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlara keçən gün maksimal yüksəldikdən sonra cümə axşamı günü zəif olaraq azalır.

Saat 9:05-də London ICE Futures birjasında Brent-in sentyabr fyuçersinin qiyməti barrel başına $0,07 (0,16%) – 43,68 dollara düşüb. Hərracların nəticələrinə görə, iyulun 29-da onun qiyməti $0,53 (1,23%) qalxaraq bir barelə $43,75 təşkil edib.

Saat 9:05-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI sentyabr ayına olan fyuçersi $0,06 (0,15%) – barrel başına $41,21-ə düşüb. Hərracların nəticələrinə görə, iyulun 29-da müqavilələr $0,23 (0,56%) - barrel başına $41,27-dək bahalaşıb.

ABŞ Energetika Nazirliyinin ötən gün açıqladığı məlumatına görə, iyulun 24-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 10,6 mln. barrel düşüb ki, bu da ötən il dekabrın sonundan etibarən ən əhəmiyyətli enişdir. S & P Global Platts tərəfindən sorğulanan ekspertlər orta hesabla ehtiyatların 1,2 milyon barel azaldılmasını gözləyirlər.

NYMEX-də satılan neftin saxlandığı Kuşinqdə neft ehtiyatları bir həftə ərzində 1,3 milyon barel artıb. ABŞ-da neft hasilatı sutkada 11,1 milyon barrel səviyyəsində qalıb.

 

Bütün xəbərlər