Bakıda koronavirusun ən çox yayıldğı rayonlar – Siyahı

10:53 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

ABC.AZ xəbər verir ki, hazırda paytaxt ərazisində ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər