Bakıda koronavirusa yoluxma halı azalıb, Aran bölgəsində artıb – Siyahı

11:44 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Bəzi bölgələrdə koronavirusa yoluxma halları artıb, Bakıda isə azalma müşahidə olunur.

ABC.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, bu dəfə bölgələr arasında ən çox yoluxma halı Aran bölgəsində (8,7%) qeydə alınıb.

Digər regionlarda isə vəziyyət belədir: Gəncə-Qazax 6,9%(azalma), Lənkəranda 4,6%(azalma), Quba-Xaçmazda 2%(artım), Şəki-Zaqatalada 1,5% (artım), Dağlıq Şirvanda 1,6% (artım), Yuxarı Qarabağda 0,9% (azalma) yoluxma faktı müəyyən olunub.

Bakı və Abşeron yarımadasına gəlincə, burada azalmanın olduğu görünür.  Belə ki, paytaxtda yoluxma faizi 57-dən 56,5-ə düşüb.

Abşeronda isə 16,5%-lik yoluxma halı müşahidə olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər