Avqustun 5-dən sonra hansı məhdudiyyətlər götürüləcək? – Deputatdan açıqlama

11:50 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronovirus İnfo” proqramında deyib.

O qaydalara riayət edən əhaliyə təşəkkür edib: "Ancaq bizim məqsədimiz müharibəni udmaqdır və müharibə tək bizim ölkəmizdə deyil, dünyanın 190 ölkəsindədir. Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır”.

 

 

Bütün xəbərlər