330x110
 

Elman Rüstəmov inflyasiyadan danışdı – 3-3,5% intervalında olacaq

30.07.2020,12:24


30 iyul, Fineko/abc.az. Mərkəzi Bank sədri Elman Rüstəmov inflyasiyadan danışaraq bildirib ki, bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq.

ABC.AZ xəbər verir ki, E. Rüstəmov bunu keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Mərkəzi Bankın inflyasiya proqnozu dəyişməyib.

E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatlarına da toxunub və bunun 51 milyard ABŞ dollarını keçdiyini deyib.

Müəllif: Elmir Murad