330x110
 

Bu qədər insanın əmanətinə çıxış imkanı olacaq – Açıqlama

30.07.2020,12:34


30 iyul, Fineko/abc.az. Bildiyiniz kimi bir müddət əvvəl bağlanmış 4 bankdakı bloklanmış əmanətlərlə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib.

Yaxın bir həftəlik iş günü ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək. Müsbət qərarın qəbuluna ümid edirik.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

O qeyd edib ki, “Atabank”ı nəzərə almasaq digər bağlanmış bankların qanunsuz əmanət qəbulunu AMB-nin nəzarət hüququnun olmadığı dövrdə etdiyini görərik: " Banklarda əhali ilə elə şərtlərlə müqavilə imzalayırlar ki, faktiki olaraq qorunan əmanət statusu alır. Amma qorunan əmanətin limiti aşağı göstərilir. Bu prosesdə həmin problem ortalığa çıxdı. Hesab edirik ki, burada əhalinin günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Hazırda biz Konstitusiya Məhkəməsi ilə əlaqədəyik. Daxili proseslər gedir. 1 300 nəfərdən çox insanın 62 milyon manatlıq əmanətinə çıxış imkanı yaranacaq”.

Müəllif: Elmir Murad