Müştəriləri aldadan bank rəhbərləri cinayət məsuliyyətinə cəlb olunacaq – Elman Rüstəmov

12:57 - 30.07.2020


30 iyul, Fineko/abc.az. Mərkəzi Bank sədri Elman Rüstəmov bank rəhbərləri ilə bağlı ciddi açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, baş bankir mətbuat konfransında qeyd edib ki, müştərilərini aldadan bank menecerləri və rəhbərləri cinayət məsuliyyətinə cəlb ediləcək.

O buna son zamanlar bank sektorunda baş verənlərdən sonra ehtiyac duyulduğunu dilə gətirib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsində belə hallara görə, - dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən istifadə etmə və saxtakarlıq üzrə maddələr var. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər