Azərbaycanda qida məhsullarının istehsalı 1% artıb

16:33 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda emal sənayesi sahəsində istehsal  98% və ya 9 767,0 milyon manat artmışdır.

Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi,  keçən il, illik 1% artımla, 3 288,5 milyon manatlıq qida məhsulları istehsal edilib.

“O cümlədən, içki istehsalı 17,2% və ya 243,8 milyon manat, tütün məmulatlarının istehsalı isə 7,9% və ya 39,2 milyon manat artmışdır. Toxuculuq sənayesində istehsal il ərzində 172 milyon manat və ya 44,7% artmışdır”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər