İlham Əliyev Davosda “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı”nda iştirak edib

16:50 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Davosda, Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

Bütün xəbərlər