330x110
 

Bu şəhərlərdə sərt karantin rejimi qüvvədə qaldı - Siyahı

03.08.2020,16:39


3 avqust, Fineko/abc.az.   Bildiyiniz kimi Operativ Qərərgah sərt karantin rejimi ilə bağlı bəzi yumşaltmalara qərar verib.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı bir sıra qadağaları qüvvədə saxlayıb.

Həmçinin COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 13 şəhər və rayonda sərt karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə olacaq. Sözügedən şəhərlər aşağıdakılardır: Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan.

 

Müəllif: Elmir Murad