Neft qiymətləri ötən günkü artımdan sonra ucuzlaşır, Brent - barel başına $43,82 səviyyəsindədir

09:38 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi artdıqdan sonra çərşənbə axşamı günü aşağı düşür.

Saat 9:17-də London ICE Futures birjasında Brent-in oktyabr ayına olan fyuçers qiyməti $0,33 (0,75%) – barel başına $43,82-ə düşüb. Avqustun 3-də hərracın nəticələrinə görə, onun qiyməti barel başına $0,63 (1,45%) $44,15 səviyyəsinə qalxıb.

Saat 9:17-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,29 (0,71%) – barel başına $40,72-ə qədər düşüb. Avqustun 3-də hərracların nəticələrinə görə, bu müqavilələr $0,74 (1,84%) – barel başına $41,01-ə qədər artıb.

 

Bütün xəbərlər