Türkiyə Azərbaycana avtomobil ixracını artırıb – 6 ayın hesabatı

10:14 - 4.08.2020


4 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 48,854 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ticarət Nazirliyi yayıb.

Qeyd olunub ki, builki ixrac 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 faiz artıb. Həmçinin bildirilib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 3,8 faiz artaraq 7,53 milyon dollar təşkil edib.

Qeyd edək ki, son 12 ayda (iyun 2019 - iyun 2020) Türkiyə 26,067 milyard dollar məbləğində avtomobil ixrac edib.

 

 

Bütün xəbərlər