330x110
 

Almaniyada uçan taksilər işləyəcək – Artıq sınaqdan keçiriliblər

04.08.2020,10:48


4 avqust, Fineko/abc.az. Almaniyada saatda 120 kilometr sürətlə 100 kilometr məsafəyə qədər uçan, dörd nəfərədək sərnişin daşıya bilən taksi sınaqdan keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Travel and Leisure” bildirib.

Qeyd edilib ki, uçan taksilər “CityAirbus” adlanır, onlar məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyirlər. Yeni ixtiranın yaradıcıları ümid edirlər ki, uçan taksilər yaxın gələcəkdə şəhərlərdə tıxacları aradan qaldırmağa imkan yarasacaq. Hər nəqliyyat vasitəsi dörd pərlə təchiz edilib.

Hərəkət üçün sürücü tələb olunmur. Bu, sosial məsafə şəraitində yerüstü taksi qarşısında əhəmiyyətli üstünlükdür. Bütün bunlar bir yana, uçan taksilər praktik olaraq səssizdir. Yeni ixtiranın ilk sınaq uçuşu 2019-cu ilin dekabrında keçirilib və müvəffəqiyyətlə başa çatıb. Lakin uçan taksilərin nə vaxt istismara veriləcəyi ilə bağlı hələ dəqiq məlumat yoxdur.

Müəllif: Elmir Murad