330x110
 

Məşhur Bankdan Azərbaycanla bağlı bədbin proqnoz – Hesabat

04.08.2020,11:00


4 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla bağlı yeni proqnozunu açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, proqnoz Azərbaycan üçün heç də ürəkaçan deyil.

Belə ki, bu il ən pis halda Azərbaycana daxil olan pul baratları 2018-ci il ilə müqayisədə 23,1% azalacaq.

Bankdan buna səbənb kimi COVID-19 pandemiyası göstərilib.

Daha dəqiqi xaricdə işləyən miqrantların pandemiya ilə bağlı öz ölkələrinə dönməsi və işlədikləri ölkələrdə işsizliklə üzləşməsi bu prosesin daha kəskin şəkildə baş verməsinə səbəb olub.

Müəllif: Elmir Murad