Daha bir avtomobil növünün istehsalına başlandı – Naxçıvanda

12:03 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Naxçıvan Avtomobil Zavodunda yeni “Naz Lifan L7” modellərinin yığımına başlanılıb.

ABC.AZ xəbər verir ki, “Naz Lifan L7” markalı avtomobillər 7 sərnişin tutumuna malikdir və iki modifikasiyada – 1,2 və 1,5 litrlik mühərriklərlə təchiz olunub, minivan tiplidir.

Hazırda zavodda 6 ədəd “LF 6431” və 3 ədəd “6431 B” modellərinin yığımı başa çatdırılıb. Zavoddan verilən məlumata görə, avtomobillərdə mərkəzi qapanma sistemi, güzgülərin avtomatik nizamlanması mövcuddur.

 

Bütün xəbərlər