Karantin qaydalarını pozan 20 nəfər cərimə olundu – İsmayıllıda

12:12 - 4.08.2020


4 avqust, Fineko/abc.az. İsmayıllıda bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər, karantin qaydalarını pozduqları üçün cərimələniblər.

ABC.AZ DİN-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getdiyini müəyyənləşdiriblər.

20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub.

Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.

 

Bütün xəbərlər