Rayonlara getmək belə mümkün olacaq – Detallar

12:20 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarəti isə Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları bir rayondan digərinə icazə ilə gedə biləcək: “Bu ezamiyyə və digər sənədlərlə mümkündür. Amma hansısa qurumun əməkdaşı xidməti vəsiqə ilə olduğu şəhər və rayonu tərk edə bilməyəcək. Daha təfsilatlı məlumat araşdırmalardan sonra açıqlanacaq”.

 

Bütün xəbərlər