Azərbaycanda tikinti materiallarının istehsalı təxminən 50% artdı

17:16 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalında artım qeyd edilmişdir.

Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, tikinti materiallarının istehsalında müşahidə olunan artım 46,6% və ya 567,8 milyon manat təşkil etmişdir.

“Sementin istehsalı 24,3%, betondan yığma tikinti konstruksiyaların istehsalı 64%, şüşə lifindən ipliyin istehsalı 76,1%, tikinti kərpici 48,4%, hörmə üçün hazır beton qarışığının istehsalı 96,8% artmışdır”, - bunu, Dövlət Statistika Komitəsindən bildirdilər.

 

 

Bütün xəbərlər