İki bələdiyyə sədri cərimələnib - 3 min manat

14:32 - 4.08.2020


4 avqust, Fineko/abc.az. İyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib. E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

 

Bütün xəbərlər