AMB valyuta hərracında banklara $55 mln. satıb

14:38 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 4-də valyuta hərracında banklara $55 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $55 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər