Azərbaycanda yeni zavod tikiləcək – 500 iş yeri açılacaq

15:23 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Gələn il Azərbaycanda süfrəlik zeytun və zeytun yağı zavodu istifadəyə veriləcək.

ABC.AZ-ın məlumatına görə, inşa ediləcək zavodun illik emal gücünün 15 000 ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bunun üçün hazırda Qala, Türkan, Hövsan, Zirə, Ramanada zeytun bağları salıb. Artıq 350 nəfər işlə təmin olunub, Zeytun Emalı Zavodu istismara verildikdən sonra ümumi işçi heyətinin 500-ə çatdırılması planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər