330x110
 

Büdcə kəsiri artacaq – Nazirdən açıqlama

04.08.2020,16:17


4 avqust, Fineko/abc.az. “Dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində əlavə artacaq”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, maliyyə sektoru daima dövlət istiqrazlarının payının artırılması məsələsini qaldırıb: “Biz bunu düzgün yanaşma hesab edirik. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsaiti nəzərdə tuturuq”.