330x110
 

Qazaxın su infrastrukturu yenidən qurulur

04.08.2020,16:21


4 avqust, Fineko/abc.az. Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, Qazaxda 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılması nəzərdə tutulan 12 subartezian quyusunun 7-si qazılıb. Paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur.

İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.