Bakı Fond Birjası Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notlarının hərracını keçirib

17:28 - 24.01.2018


24 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjasının məlumatına əsasən, yanvarın 24-də AMB, 50100467S ISIN nömrəli notlar satıb. Notlar, 28 gün tədavül müddətinə, 250 milyon manat həcmində təklif edilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı  98,8620 AZN (illik gəlirlilik 14,80%) və 98,9998 AZN (12,99%) olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 381 621 400,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9093 AZN (14.18%), orta ölçülmüş qiyməti 98.9219 AZN (14.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil etmişdir.

 

 

Bütün xəbərlər