330x110
 

Bu Olimpiya İdman Kompleksləri xəstəxana olacaq – Adlar

04.08.2020,17:15


4 avqust, Fineko/abc.az. Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı dəyişdirilir.

ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Gənclər İdman Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.

Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və TƏBİB-in sədri Ramin Bayramlı iştirak edəcəklər.