Neftin qiyməti azalır, Brent bir barelə $44,36 satılır

10:07 - 5.08.2020


5 avqust, Fineko/abc.az. ABŞ Neft İnstitutunun (API) ötən həftə ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlarına baxmayaraq, neft qiymətləri çərşənbə günü aşağı düşür.

Avqustun 4-də dərc edilmiş API-nin hesabatına əsasən, ABŞ-da neft ehtiyatları 8,59 mln. barrel azalıb.

Saat 9:30-da Londonun ICE Futures birjasında Brent-in oktyabr ayı üçün fyuçersi barel başına $0,07 (0,16%) – $44,36-a qədər ucuzlaşıb. Avqustun 4-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan fyuçers qiyməti $0,28 (0,63%) - bir barelə görə $44,43-ə qalxıb.

Saat 9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,13 (0,31%) – barrel başına $41,57-ə qədər düşüb. Avqustun 4-də baş tutan ticarətin nəticələrinə görə, sentyabr ayına olan fyuçers $0,69 (1,68%) - barrel başına $41,70-ə qədər artıb.

 

Bütün xəbərlər