330x110
 

Avropada sərhədlər yenidən bağlanır?

05.08.2020,10:19


5 avqust, Fineko/abc.az. Koronavirus infeksiyasının Avropada yayılma tempinin yenidən artması ilə əlaqədar sərhədlərin bağlanması məsələsi bir daha müzakirə oluna bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda açıqlama verib.

Dövlət başçısı sərhədlərin yenidən bağlanmasına dair qərarları Avropa İttifaqına (Aİ) üzv ölkələrin birlikdə qəbul etməli olduğunu vurğulayıb: “Növbəti mərhələ sərhədlərə nəzarətlə bağlı məsələ olmalıdır və bu, ümumavropa səviyyəsində həllini tapmalıdır. Biz Aİ-nin bir çox ölkələrində daxili karantin rejiminin sərtləşdirilməsinin şahidi oluruq və böyük ehtimalla sərhədlərin bağlanması məsələsini yenidən müzakirə etməli olacağıq”. Prezidentin sözlərinə görə, fransalı turistlərin ikihəftəlik özünütəcrid rejimində qalmaları şərtilə Litvaya girişinə əvvəlki qaydada icazə verildiyi halda, Maltadan gələnlərin ölkəyə girişi qadağandır. Hazırda Polşa, Niderland, Böyük Britaniya, Sloveniya, Lixtenşteyn, Danimarka, İslandiya, Almaniya, İrlandiya, Kipr, Slovakiya, İtaliya, Yunanıstan, Norveç, Latviya, Estoniya, Finlandiya və Macarıstan vətəndaşlarının Litvaya gəlişinə heç bir məhdudiyyət tətbiq olunmur. Digər əcnəbilərin isə hökumətin nəzərdə tutduğu bir sıra istisnalardan asılı olmayaraq ölkəyə girişinə icazə verilmir.

Müəllif: Elmir Murad