Neft gəlirlərinin azalması büdcə gəlirlərində tarazlığın pozulması təhlükəsi yaradır – Deputat

12:09 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi məsələsi müzakirə edilib.

ABC.AZ xəbər verir ki, müzakirələr zamanı deputat Tahir Mirkişili deyib ki, bu ilin mart ayından başlayaraq ölkədə tətbiq edilən karantin rejimi iqtisadiyyatın əksər sahələrinin zəifləməsinə səbəb olub.

Onun sözlərinə görə, neft gəlirlərinin azalması büdcə gəlirlərində tarazlığın pozulması təhlükəsi yaradır: “Buna görə də 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər