Aqrar Sığorta Fonduna ayrılan vəsait kəskin azaldılır

12:38 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsait təxminən 2 dəfə azaldılır.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu məsələ “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, sözügedən məbləğ 2,4 milyon manat və yaxud 52% azaldılaraq 5 milyon manatdan 2,6 milyon manata endirilir.

 

Bütün xəbərlər