Neftin qiyməti 35 dollar pronozlaşdırılır - Nazirdən anons

14:41 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə naziri Samir Şərifov ötən 6 ay ərzində dövlət büdcəsinin mədaxilinin 338,2 milyon manat olduğunu qeyd edib.

ABC.AZ xəbər verir ki, nazir bildirib ki, bu müddətə nəzər salsaq görərik ki, ümumi daxili məhsulun həcmində azalma müşahidə olunur.

Onun sözlərinə görə, ümumi daxili məhsulun azalma həcminin 5 faizdən artıq olması ehtimal olunmur: "Gəlirlərimizin azalmasına neftin qiyməti də təsirsiz ötüşmür. Növbəti altı ay üçün neftin orta qiyməti 35 dollar həcmində proqnozlaşdırılır. Dünya bazarında təklifin tələbi üstələməsinin qarşısı alınıb və bu da neftin qiymətinin qismən sabitləşməsinə şərait yaradıb".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər