Oğuzdakı tütün müəssisəsində 800 tona yaxın məhsul istehsal olunacaq - Proqnoz

14:54 - 5.08.2020


5 avqust, Fineko/abc.az. Oğuzda yaponiyalı iş adamının yaratdığı tütün müəssisəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə tədbir keçirilib.

ABC.AZ-ın məlumatına görə, xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması həyata keçirilir. Oğuz, Qəbələ və Tovuz rayonlarında yerləşən 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib.

2020-ci ildə 2 min ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması nəzərdə tutulur.

Layihəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 150 nəfər daimi, 300-dən çox mövsimi işçi çalışır.

 

Bütün xəbərlər